Albomlar


Milad Ilahiləri Albom

Milad Ilahiləri Albom

 Yeşaya Peyğəmbər kitabı 7:14

Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq.

Bu sözlər Yeşaya kitabından olan,  İsa Məsihin doğulmasından 500 il əvvəl verilən peyğəmbərlik sözləridir.  İmmanuel sözünün mənası — “Allah bizimlədir”. Bu dünyanı yaradan Allah bilirdi ki, bizə Onun hüzuru lazimdır.  Allah, Öz hüzurunu, İsa Məsihin dünyaya doğulması, ölümü və ölümdən dirilməsi vasitəsilə gətirdi.  Günah bizi Allahın hüzurundan ayırır.  Lakin, İsa bütün insanların günahları ilə birdəfəlik hesablaşdı ki, bizim, dünyanı yaradan ñ Külli İxtiyar Allahla ünsiyyətimiz olsun.  Bu albomda toplanan mahnılar və onları müşayiət edən ayələr, İsanın doğulması haqqında hekayəni əks etdirir.  Allah sənə yaxın olmaq istəyir.  Bəs sən, Allaha yaxın olmaq istəyirsən mi?  Biz səni, bu albomun mahnıları vasitəsilə, İncil Kitabında yazılmış, İsanın doğulması haqqında hekayəni dinləməyə dəvət edirik.  Əgər səndə İncil Kitabı yoxdursa, onu onlayn, yeniheyat.com saytında oxuya bilərsən. Bu layihədə çalışan Alisiyaya, Aynurəyə, Nadyaya, Stefani və Mikayela, Roel və Hayela, və iştirak edən bir çox uşaqlara öz minnətdarlığımızı bildiririk.  Həmçinin, mahnıların qurulmasına görə Matta da öz təşəkkürümüzü bildiririk.  Siz, bu albomu, həmçinin başqa mahnı və müşayiət akkordlarını, bizim saytdan pulsuz əldə edə bilərsiniz.

Təşəkkür edirik!                                  

 

 

Mahnıları dinləmək üçün kursornan mahnı seçin, yükləmək isə sağdakı işarəni basın

Bu mp3lərə Youtube’də baxa bilərsiniz burada- youtubeyə apar məni!

 

 

Milad album CD içliyi yükləyin burada:  CD içlik

Milad album akkordları yükləyin burada: Milad 2015 akkordlar